METBUAT.AZ

Hadisə

Maşın qaçırmaqda şübhəli bilinən yeniyetmə

26 Fevral 2024 11:05

Fevralın 24-də gecə saatlarında Buzovna qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə Nəsimi rayonu ərazisində avtomobillə saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


metbuat.az.