METBUAT.AZ

Gündəm

Məhkəmə ailə üzvlərini qətlə yetirən Əhmədlə bağlı

14 Fevral 2024 15:03

Xətai rayon məhkəməsində Bakıda bütün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Metbuat.az-ın məlumatına görə, təqdimat təmin edilib və Ə.Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dünən saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Ə. Əhmədov hadisədən öncə, digər ünvanda yaşayan bacısı Elmira Əhmədova və onun 5 yaşlı körpəsini öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Metbuat.az


metbuat.az.