METBUAT.AZ

Maraqlı

Məhşur kino ulduzunun evindən silah tapıldı

28 Fevral 2024 12:01

Fransa polisi kino əfsanəsi Alen Delonun evindən 72 silah və 3 mindən çox güllə ələ keçirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, prokurorlar Delonun silah icazəsi olmadığını bildiriblər.

88 yaşlı aktyor "Samuray" (1967) və Borsalino (1970) kimi məşhur filmlərdə sərt görünüşlü obrazları canlandıraraq, fransız kinosunun qızıl dövrünün ulduzu olub.

2019-cu ildə insult keçirən Delonun səhhəti son illərdə pisləşib. Fransa mətbuatının yazdığına görə, onun daha bir üstü açılmayan ağır xəstəliyi var.

Onun ailəsindəki fikir ayrılıqları son vaxtlar Fransada da manşetlərə çevrilir.

Delonun aktyor kimi ictimaiyyətə sonuncu çıxışı 2019-cu ildə Kann Film Festivalında "Qızıl Palma" mükafatı aldığı zaman olub.

Seyranə Quliyeva / Metbuat.az



metbuat.az.