METBUAT.AZ

Hadisə

Məktəbli qız vəfat etdi -

19 Fevral 2024 09:41

Qusar rayonunda məktəbli qız vəfat edib.

Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şəhər 4 nömrəli tam orta məktəbin 7 A sinif şagirdi Naida Namiq qızı Yarəhmədova dünyasını dəyişib.

Leykoz xəstəliyindən əziyyət çəkən məktəblinin bir neçə gün öncə vəziyyəti pisləşib. O, paytaxtdakı xəstəxanaların birinə yerləşdirilib.

Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Məktəbli ötən gün Qusar şəhərində dəfn olunub.

Allah rəhmət eləsin!


metbuat.az.