20 Fevral 2024 15:31
Bakıda qeyri-etik görüntüləri yayılan məktəblilərin birinin atasının vəziyyəti pisləşib.
Metbuat.az xəbər verir ki, bu barədə zərərçəkənin nənəsi məlumat verib.
"Xəzər Xəbər"in çəkiliş qrupu həmin ailələrdə olub, tərəflərin hadisə ilə bağlı münasibətini öyrənməyə çalışıb. Məlum olub ki, görüntülərdə yer alan şagirdlər qohumdurlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.