METBUAT.AZ

Siyasət

Məndən yeni paltarlari və şəkillərimizi istədi -

22 Fevral 2024 12:09

Bakıda 20 il azadlıqdan məhrum edilən Livan ermənisi Vigen Euljekjianın həyat yoldaşı Linda Euljekjian ötən ay əri ilə danışıb.

Metbuat.az xəbər verir ki, o bu barədə “Hraparak”a açıqlamasında deyib.

"Biz Vigeni ilə görüntülü danışdıq, daha yaxşı görünürdü. Mənə dedilər ki, Vigen də eyni həbsxanadadır, amma daha uyğun otağa köçürülüblər", - xanım Linda "Hraparak"a müsahibəsində həyat yoldaşının vəziyyətinin ötən dəfəkindən yaxşı olduğunu, hətta bir qədər kökəldiyinidə bildirib.

Vigen Euljekjyanın ondan paltar istədiyini bildirib.

“O, tezliklə 31 erməni hərbçi ilə birgə Ermənistana qayıdacağını biləndə paltarlarını başqa məhbuslara paylamışdı. Təəssüf ki, azadlığa buraxılmadı. Məndən yeni paltarlar, sevimli yeməklərindən bəzilərini və şəkillərimizi istədi”, deyə qadın qeyd edib.

Qırmızı Xaç işçiləri Vigenin həyat yoldaşına hazırda səhhətində heç bir problem olmadığını bildiriblər. Bununla belə, Vigen həyat yoldaşından da Qırmızı Xaçdan aldığı dərmanları ona göndərməsini xahiş edib.

Linda indi ərinin ayın sonunda zəng etməsini gözləyir və bildirb ki, bu ay ondan heç bir məktub və ya xəbər almayıb.

Qeyd edək ki, Livan hökuməti də Vigen Euljekjiana kömək etmək qərarına gəlib. Livan parlamentinin erməni deputatı Paula Yakubean Vigenin həyat yoldaşı ilə əlaqə saxlayıb və Vigen haqqında məlumatları Livanın baş nazirinə təqdim edib. Linda ərinin problemini mümkün qədər ictimailəşdirməyə davam edir.

Xatırladaq ki, Vigen Euljekjian 9 noyabr müqaviləsi imzalanandan dərhal sonra Şuşa yaxınlığında saxlanılmışdı.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.