METBUAT.AZ

Şou-Biznes

Mənimlə ailə zarafatı etməyin -

1 Fevral 2024 08:53

Müğənni Şəbnəm Tovuzlu efirdə Fərda Aminin həyat yoldaşı ilə bağlı etdiyi zarafata münasibət bildirib.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, Şəbnəm bu barədə “Xəzər axşamı” proqramında danışıb. İfaçı deyib ki, artıq “Həci” ilə bağlı zarafat edilməsini istəmir:

“Zamanında getdiyim verilişlərdə üzüyumşaqlığımdan, sadəliyimdən, mehribanlığımdan çox istifadə olundu. Bu son vaxtlarda olur. Xahiş edirəm, ailə üzvlərimin adı ilə bağlı zarafat etməsinlər. Hər kəs özü ilə məşğul olsa, daha yaxşı olar. Sənət dostlarımdan, aparıcılardan da bunun kimi şeylər eşitsəm, efiri tərk edəcəyəm. Verilişi tərk etməyimin ona fərqi olar və ya olmaz. Niyə də olmasın, sevilən bir ifaçıyam. Amma həm də həmin aparıcı ilə çox böyük mübahisəmiz ola bilər, çox dərinə də gedə bilərəm.

Buna görə istəmirəm ki, getdiyim efirdə mənim ailəm, övladlarım haqda danışılsın. Əziyyətlə bu yerə çıxmışam, bəhrəsini də görürəm. Məni sevən xalqım var, buna görə də mənə toxunmayın. Fərdanın verilişdə xətrinə dəymək istəmədim, illərin dostudur. O, insanları güldürə bilən insandır. İstəmədim nəsə deyim, amma xoşuma gəlmədi. Bundan sonra bir efirdə heç kimdən o sözü eşitməyim. Eşitsəm, çox böyük mübahisəmiz düşəcək. İnanın ki, dərinə də gedən insanam. Əvvəlki üzüyumşaq Şəbnəm deyiləm, artıq hər kəsi yaxşı tanıyıram. Məhkəmə olmasın. Qanun və qaydamız var. Reytinqə görə niyə məni incidirsən? Olmaz, xoşum gəlmir”.

Qeyd edək ki, Fərda “Xəbər-ətər” proqramında “Əvvəllər “Həci” deyəndə, müqəddəs torpaqlar yada düşürdü, indi Şəbnəm Tovuzlu düşür. Şəbnəm Tovuzlu kod adı: “Həci”. Allah sizi xoşbəxt eləsin. Bundan qəşəng sizə maraqlı zarafat ağlınıza gəlsə, bu zarafa görə üzr istəyərəm. Mən söz toxuyuram”, - deyə, Fərda bildirib.


metbuat.az.