6 Fevral 2024 15:30
Səsvermə yekunlaşandan sonra ilkin olaraq daşınan qutular açılıb sayılır.
Metbuat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.
O bildirib ki, səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılır:
"Həmin qutuların çatdırılması isə müşayiətlə həyata keçirilməli və təhlükəsizlik məsələləri təmin olunmalıdır".