28 Fevral 2024 14:08
Azərbaycanın tanınmış din xadiminin oğlu İrana xidmət etdiyinə görə həbs edilib.
Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Mouze" Teleqram kanalı məlumat yayıb.
"Azərbaycanda İran aşiqlərinə qarşı əməliyyatlar davam edir. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Biləsuvarlı Şeyx Molla Əhmədin oğlu Kərbəlayi Hüseyn də tutulub", - məlumatda bildirilir.
Qeyd edək ki, Şeyx Molla Əhməd tanınmış din xadimi olub.