METBUAT.AZ

İdman

Məşhur futbolçu 4,5 il azadlıqdan məhrum edilib

22 Fevral 2024 14:01

İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş 4,5 il azadlıqdan məhrum edilib.

Metbuat.az xəbər verir ki, Barselona məhkəməsi üç dinləmədən sonra onun həbsi ilə bağlı qərar verib.

Prokuror 9, ittihamçı isə 12 il iş tələb etib. Lakin spirt yüngülləşdirici hal kimi qəbul edildiyindən, cəza müddəti 4 il yarım olub.

Qeyed edək ki, keçmiş müdafiəçi zərərçəkənə mənəvi təzminat olaraq 150 min avro ödəyəcək.

Bildirək ki, Dani Alveş 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.


metbuat.az.