2 Fevral 2024 16:32
Kriştiano Ronaldonun zədə səbəbindən meydana çıxmadığı matçda "Əl-Nəsr" "İnter Mayami"ni 6:0 hesabı ilə məğlub edib.
Metbuat.az xəbər verir ki, 83-cü dəqiqədə oyuna daxil olan Lionel Messi hesab 6-0 olarkən meydana daxil olmasına çox əsəbləşib. Meydana çıxarkən ulduz futbolçunun əhvalının pis olduğu müşahidə edilib.
Matçın final fitindən sonra argentinalı futbolçu "İnter Mayami"nin baş məşqçisi Xerardo Martinoya əsəbləşib. "Hesab 6-0 olarkən meydana çıxmağın mənim üçün təhqirdir.Niyə belə etdin?" - Messinin məşqçiyə dediyi iddia edilir.