METBUAT.AZ

İdman

Messini belə alçaldan olmamışdı: Kral ailəsindən inanılmaz hərəkət -

2 Fevral 2024 12:14

Səudiyyə Ərəbistanında keçirilən "Əl Nəssr" - "İnter Mayami" oyununda Lionel Messi ilə bağlı maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, oyunun 83-cü dəqiqəsində hesab 6-0 olarkən Messi meydaxa daxil olub. Lakin kral ailəsinin üzvlərinin ona reaksiyası gündəm olub. Onlar Messiyə barmaqları ilə oyunun hesabını nümayiş etdirərək, diqqət çəkiblər. Bu hal isə KİV-lərdə Messinin alçaldılması kimi qələmə verilib.

Qeyd edək ki, oyun "Əl Nassr"in 6-0 hesablı qələbəsi ilə başa çatıb. Kriştiano Ronaldo zədəli olduğu üçün oyunda iştirak etməyib.



metbuat.az.