METBUAT.AZ

Siyasət

Məzahir Pənahov Ahmet Yenerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

7 Fevral 2024 11:47

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Yüksək Seçim Kurulu (YSK) sədri Ahmet Yenerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Metbuat.az xəbər verir ki, Məzahir Pənahov qonaqları salamlayaraq, onları yenidən Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

M.Pənahov ölkələrimiz arasında münasibətlərdən danışaraq qeyd edib ki, iki ölkə arasında dostluq və qardaşlıq əlaqələri günü-gündən daha da möhkəmlənir.

MSK sədri vurğulayıb ki, Azərbaycan və Türkiyənin ali seçki qurumları arasında mövcud olan uzunmüddətli sıx əməkdaşlıq mövcuddur.

Səmimi qəbula görə minnətdarlığını bildirən YSK sədri Ahmet Yener və nümayəndə heyətinin üzvləri qardaş Azərbaycanda olmaqdan şad olduqlarını söyləyiblər.

"Səhər sırada gözləyən seçiciləri görəndə əmin olduq ki, vətəndaşlar səsverməyə çox maraqlıdır və onların səsverməsi üçün lazımi şərait yaradılıb. Məntəqə üzvləri çox peşəkar davranır. Getdiyimiz məktəblərdə mətbuat nümayəndələrini, müşahidəçiləri gördük. Qadın seçicilərin marağı daha çoxdur və bu bizi sevindirir", - deyə YSK sədri Ahmet Yener vurğulayıb.


metbuat.az.