17 Fevral 2024 09:45
Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında 4-cü yeri tutub.
Metbuat.az xəbər verir ki, yığma 2 qızıl, 1 bürünc medalla buna nail olub.
Aktivinə 83 xal yazdıran kollektiv 27 komanda arasında 4-cü pillədə qərarlaşıb. Komanda hesabında 1-ci yeri 147 xalla Ukrayna tutub. Türkiyə (142) ikinci, Rumıniya (101) isə üçüncü yeri tutub.