13 Fevral 2024 13:26
İdman gimnastikası üzrə Azərbaycan millisi iki beynəlxalq turnirdə iştirak edəcək.
Metbuat.az xəbər verir ki, yığma üzvləri əvvəlcə fevralın 15-18-də Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək Dünya Kubokunda qüvvəsini sınayacaqlar. İdmançılar daha sonra isə fevralın 22-25-də Almaniyanın Kotbus şəhərində reallaşacaq Dünya kubokunda bacarıqlarını göstərəcəklər.
Hər iki yarışda kişilər arasında Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, qadınlar arasında isə Nazənin Teymurova mübarizə aparacaqlar.