METBUAT.AZ

İdman

Millimiz Polşa ilə yoldaşlıq görüşü keçirəcək

23 Fevral 2024 10:36

Boks üzrə Azərbaycan yığması Polşa komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Metbuat.az xəbər verir ki, görüş fevralın 25-də Lublində təşkil olunacaq boks gecəsində reallaşacaq.

Döyüşlər 9 çəki dərəcəsində baş tutacaq. Artıq Polşaya yollanan yığmamıza məşqçilər Elbrus Rzayev və Ravşan Xocayev rəhbərlik edəcəklər.

Gecədə Məsud Yusifzadə (51 kq) Nikolas Pavliklə, Əzrək Bəbirov (57 kq) Yakub Krzpietlə, Maqsud Xasmetov (60 kq) Yakub Suleçki ilə, Nəbi İsgəndərov (67 kq) Mateus Qreyberlə, Kamran Şahsuvarlı (75 kq) Mixal Yarlinski ilə, Fəqan Məmmədov (80 kq) Muhammadali Romanski ilə, Seyid Seyidov (86 kq) Yakub Staşevski ilə, Rauf Məmmədov (92 kq) Yakub Stepinski ilə, Yohannes Nuriyev (+92 kq) isə Viktor Bartniklə üz-üzə gələcəklər.

Görüşlərdə Emil Qurbanəliyev ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, boks gecəsi Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.


metbuat.az.