28 Fevral 2024 11:45
Türkiyə Super Liqanın 27-ci həftəsinin VAR danışıqları açıqlayıb.
Metbuat.az xəbər verir ki, müzakirələrə səbəb olan “Fənərbaxça” - “Kasımpaşa” matçının son dəqiqəsində “Fənərbaxça” lehinə verilən penalti ilə bağlı danışıqlar da açıqlanıb. VAR hakimi Erkan Enginlə hakim Cihan Aydının dialoqları belə olub.
VAR hakimi Erkan Engin: Potensial penalti səbəbiylə epizoda baxmağı tövsiyə edirəm.
Hakim Cihan Aydın: Gəlirəm qardaş.
Erkan Engin: Əvvəlcə futbolçunun əl təmasını göstərəcəyəm. Sonra onun açıq olmasını və topun sıçramasını. Tələsməyin.
Cihan Aydın: Ekrana gəldim. Təmas anını gördüm. Kontaktı gördüm, qolu açıq. Top oyunçunun başına dəymədi, elə deyilmi?
Erkan Engin: Birbaşa əlinə gəlir.
Cihan Aydın: Qərarım penaltidir, kart yox.