7 Fevral 2024 08:28
Xankəndi şəhərində də növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Xankəndidə seçkilər keçirilir.
Metbuat.az xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsi şəhərin mərkəzi inzibati binasında yerləşir. Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib.