15 Fevral 2024 17:34
2023-cü ildə Naxçıvan Muxtar Respublikasında 3 uşaq övladlığa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9 uşaq isə qəyyumluq və ya himayəyə verilib. Hazırda muxtar respublikada 85 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq var.
Metbuat.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildiriblər. Qeyd olunub ki, hesabat ili ərzində himayə və ya qəyyumluğa verilmiş 29 uşağın, bir valideyni vəfat etmiş və digər valideynindən ayrı yaşayan 2 uşağın yaşadığı ünvanda hüquqlarının qorunması ilə bağlı monitorinqlər keçirilib, yaşayış şəraitləri öyrənilib, himayədar və qəyyumlarla söhbətlər aparılmış, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilib. Ümumtəhsil məktəbini bitirən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3 uşaq ali məktəbə daxil olub.
Eyni zamanda, 2023-cü il ərzində muxtar respublikada 4212 uşaq doğulub. Doğulan uşaqlardan 40 nəfəri əkiz uşaqlardır.