METBUAT.AZ

Ölkə

Nazir polis rəisini vəzifəsindən azad etdi -

12 Fevral 2024 14:38

İmişli Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun bununla bağlı əmr imzalayıb. Nazirin əmri ilə, polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Şixəliyev son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.

Qeyd edək ki, Füzuli Şixəliyev 2018-ci ilin avqust ayında Beyləqan rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq, İmişli rayon Polis Şöbəsinin rəisi təyin edilmişdi.



metbuat.az.