14 Fevral 2024 10:43
Braziliyanın "Santos" komandası "Əl-Hilal"ın futbolçusu Neymarı transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, klub prezidenti Marselo Teyşeyra Neymarla danışıqlara başladığını bildirib. “Daily Mail”in məlumatına görə, Neymar zədəsinin sağaldandan sonra Braziliyaya qayıda bilər.
Teyşeyra açıqlamasında bunları deyib: “Neymarla görüşdük. Zədəsindən sonra yaxşı qayıtmalıdır ki, qayıdıb burada oynasın. O, Səudiyyə Ərəbistanında oynayacaq və sonra qayıdacaq”.