15 Fevral 2024 12:49
Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda sürət həddini aşan şəxs saxlanılıb.
Metbuat.az bildirir ki, bu barədə DYP məlumat yayıb. Məlumata görə, “Range Rover” markalı 77-ES-777 nömrə nişanlı avtomobili 200 km/saat sürətlə idarə edərək videoya çəkən sürücü Axundzadə Əsmət Roman qızı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində müvafiq sənədləşmə aparılmışdır:
"Bir daha bütün yol hərəkət iştirakçılarına müraciət edərək bildiririk ki, reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməsinlər. Nəzərə alsınlar ki, belə şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək".