METBUAT.AZ

Ölkə

Oksfordda oxumuş yeni Ədliyyə naziri kimdir? -

27 Fevral 2024 12:11

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Metbuat.az onun dosyesini təqdim edir:

Fərid Turab oğlu Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.

2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirmişdir. 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirmişdir.

2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi almışdır. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olmuşdur.

2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

O, 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olmuşdur.

2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışmışdır.

2022ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.

2 dil bilir, ailəlidir.


metbuat.az.