METBUAT.AZ

İqtisadiyyat

Ölkənin diri heyvan ixracından gəlirləri artıb

16 Fevral 2024 18:45

Cari ilin yanvarında Azərbaycan 32.66 min ABŞ dolları dəyərində diri heyvan ixrac edib. Bu isə dəyər ifadəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.1 faiz daha çox deməkdir.

Metbuat.az xəbər verir ki, cari ilin yanvarında 3 634.65 min ABŞ dolları dəyərində diri heyvan idxal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 43.9 % artım deməkdir.


metbuat.az.