17 Fevral 2024 11:43
"Paşinyanın istefa məsələsini bir çox qurumlar istəyir. Buna baxmayaraq, Paşinyan özünü ruspərəst kimi göstərir. Eyni zamanda Qərblə iş görür. Çalışırki, hər iki tərəfə yararlı olsun"
Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.
O bildirib ki, Paşinyanı istəməyən qüvvələrdə çoxdur.
"Eyni zamanda keçmiş Qarabağ klanıda vəziyyəti hələ axıra kimi tam açıqlanmır. Ona görə də, onun birdən birə istefaya getməsi məsələsi çoxda inandırıcı görünmür. Son vaxtlar baş verən hadisələr, müxtəlif qüvvələr tərəfindən idarə olunan ordunun baş qərargahında olan dəyişikliklər bir daha göstərir ki, Paşinyanda çalışır ki, bu və digər şəkildə hazırki vəziyyətdən çıxsın. Əsas məsələ iqtisadi tənəzzül və dağılmış ordudur. Gələcəkdə insanların rifahı üçün addımların atılması hazırda ən prioritet istiqamətdir.
Deputat bildirib ki, 1000 km uzaqlarda olan hansısa havadarlar, müharibə istəyən, sülhün bərqərar olmasını istəməyən qüvvələr bilirki, Paşinyan hakimiyyəti belə gedişatla saxlaya bilməyəcək.
"Paşinyanda çalışırki, bu proseslərdə müəyyən siyasi gedişlər etsin və hakimiyyətdə qalsın. Ümumiyyətlə vəziyyət o qədər də ürək açan deyil. Buna baxmayaraq, Paşinyanın hakimiyyətdə qalmaq ehtimalı daha çoxdur. Hətta 44 günlük müharibədəki məğlubiyyətdən sonra belə Paşinyanı hakimiyyətdə saxladılar. Ona səs verdilər . Xalqın əsas prinsipi ondan ibarətdir ki, alternativ axtarmaq lazımdır. Əgər alternativ yoxdursa, Paşinyanın qalması xalq üçün daha labüddür".
Seyranə Quliyeva / Metbuat.az