METBUAT.AZ

Dünya

Paşinyan müavinini irana göndərir

12 Fevral 2024 14:41

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İrana gedəcək.

Metbuat.az xəbər verir ki, bu barədə qərarı baş nazir Nikol Paşinyan imzalayıb.

Qriqoryan Ermənistan Respublikası və İran İslam Respublikasının hökumətlərarası birgə komissiyasının 18-ci iclasında iştirak etmək üçün Tehrana səfər edəcək.

Nümayəndə heyətinə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan, səhiyyə nazirinin müavini Lena Nanuşyan, iqtisadiyyat nazirinin müavini Narek Teryan, ərazi idarəetmə və infrastruktur nazirinin müavinləri Akop Vardanyan, Armen Simonyan və Kristin Qaleçyan daxildir.


metbuat.az.