METBUAT.AZ

Siyasət

Paşinyan müavinini niyə İrana göndərir? -

13 Fevral 2024 12:30

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İrana səfər edəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Ermənistanın yerli KİV-i yazıb. Qeyd olunub ki, qərarı baş nazir Nikol Paşinyan imzalayıb. Qriqoryan Ermənistan Respublikası və İran İslam Respublikasının hökumətlərarası birgə komissiyasının 18-ci iclasında iştirak etmək üçün Tehrana səfər edəcək.

İki dövlət arasında yaxın münasibətlər barədə Metbuat.az-a danışan Bu barədə Metbuat.az-a danışan AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə bildirib ki, İranın Cənubi Qafqazda yürütdüyü siyasət indiki halda onun təhlükəsizlik maraqları ilə sıx bağlıdır:


“Ermənistanda isə tədricən Qərbin təsiri güclənir. Mher Qriqoryanın səfərinin səbəbi olaraq islam inqilabının 45-ci ildönümü tədbirlərindəvə Emənistan-İranın hökumətlərarası birgə komissiyasının 18-ci iclasında iştirak etmək göstərilir. Digər məsələləri müzakirə etmək İranın marağındadır. Mher Qriqoryanın Ermənistan hökumətinin Azərbaycanla müzakirələr aparan əsas fiqurlarından biri olduğunu nəzərə alsaq regiondakı vəziyyətin də müzakirə edilməsini istisna etmək olmaz”.

İran-Azərbaycan münasibətləri barədə düşüncələrini bölüşən Elnur Kəlbizadə onu da vurğulayıb ki, Tehranın üçün başlıca məsələlərdən biri mübarizə apardığı regiondankənar qüvvələrin Cənubi Qafqazda güclənməməsidir:

“Bir müddət öncə Azərbaycanla bağlı atılan yanlış addımlara baxmayaraq İrana aydın oldu ki, Azərbaycan müstəqil siyasət yürüdür. Xarici siyasətdə kənar güclərin deyil, öz maraqlarını güdür. Bu da normaldır. Eyni zamanda Azərbaycan aydın şəkildə göstərdi ki, uzaqda və qonşuluqda yerləşməsindən asılı olmayaraq heç bir dövlətin Azərbaycanın üçüncü dövlətlərlə münasibətlərinə müdaxiləsinə yol vermir”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.