29 Fevral 2024 16:59
Bakının Nizami Rayon Polis İdarəsinin əməkdaşları 6 evdən oğurluq edən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüsal Məmmədov saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.
Faktlarla bağlı araşdırmalar aparılır.