14 Fevral 2024 15:09
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib.
Metbuat.az xəbər verir ki, Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin istefa verməsi ilə əlaqədar imzalanıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, hökumətin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi kabinetin əvvəlki tərkibinə həvalə edilib.