27 Fevral 2024 18:52
Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 454,1 milyon manat təşkil edib.
Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 3,7 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 22,2 % azalıb.
Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət ötən il dekabrın sonuna 1,8 %, ötən il yanvarın sonuna isə 2,9 % olub.