METBUAT.AZ

Hadisə

Prokror tanınmış bloggerə bu qədər cəza istədi

29 Fevral 2024 10:06

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən, “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Metbuat.az xəbər verir ki, proses hakim Samir Əliyevin sədrliyi ilə keçrilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prokror N. Şakirlinin 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi martın 7-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il avqustun 15-də Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində blogerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin qolu amputasiya edilib.

Blogerə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.



metbuat.az.