3 Fevral 2024 08:25
"Qalatasaray" iki transferini rəsmən açıqlayıb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi "Fulhem"dən Karlos Vinisiusu icarəyə götürüb. Braziliyalı hücumçu üçün İngiltərə klubuna 600 min avro icarə haqqı ödənilib. Oyunçu "Cim-Bom"da bu mövsümün ikinci yarısı üçün 600 min avro maaş alacaq.
"Qalatasaray" həmçinin "Nottinqem Forest"dən Serj Oryeni transfer edib və 100 min avro təzminat ödəyib. 31 yaşlı müdafiəçi ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. Ona da yeni klubunda 600 min avro maaş veriləcək. Futbolçuya 150 min avro imza haqqı ödənilib.