10 Fevral 2024 03:16
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi “Hannover”dən Derrik Köhnü transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.“Qalatasaray” Derrik üçün Almaniya klubuna 3, 350 milyon avro ödəniş edəcək.
Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm "Hannover"də 21 oyuna 3 qol vurub, 6 qol ötürməsi edib.