15 Fevral 2024 15:32
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar, Sarısu-Şərbətqobu ovçuluq təsərrüfatlarında, Şəmkir və Neftçala rayonları ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.
Xidmətdən Metbuat.az-a verilən məlumat görə, araşdırma zamanı onların Bakı şəhər sakini Hakim Ocaqverdiyev, Saatlı rayon sakinləri Ayaz Rzayev, Razim Rzayev, Saatlı şəhər sakini Cəfər Fərəcov, İmişli rayon sakinləri Cavid Zaidov, Tural Babaşov, Neftçala rayon sakinləri Eldəniz Sərhədov, İsabala Quliyev, Həzi Həsənov olduğu məlum olub və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib, qanunamüvafiq tədbir görülüb.