26 Fevral 2024 11:33
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında bildirilib. Məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXIV turunun “Sumqayıt”la matçında gerçəkləşib.
Start heyətində meydana çıxan milli üzvü sabiq komandası ilə görüşdə “100”ə çatıb. 2019/20 mövsümündə “Sumqayıt”ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. “Qarabağ”da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.