8 Fevral 2024 17:01
Qarabağın ən böyük, Laçın rayonunun isə ilk məscidi inşa edilir.
Metbuat.az xəbər verir ki, bu barədə “AzTV Xəbər”in birbaşa bağlantısında Laçına ezam olunmuş əməkdaşı məlumat verib.
Qeyd edilib ki, bu ilin sonuna kimi həmin məscidin təhvil verilməsi planlaşdırılıb.
O da bildirilib ki, Laçında bərpa və yenidənqurma işlərinin ikinci mərhələsi başlayıb. Bu mərhələdə 500 evdə təmir-bərpa işləri aparılacaq və ilin sonuna kimi bu evlər sakinlərin istifadəsinə veriləcək.
Videosüjetdə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: