2 Fevral 2024 11:59
“Tələbat artdıqca təbii qazın verilişi də artır. Əgər yay aylarında əhaliyə 10 milyon kubmetr həcmində qaz verilişi olursa, havalar soyuduqca bu 40 milyona qədər qalxa bilər” .
Metbuat.az xəbər verir ki, bu açıqlamanı "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev edib.
“Təhlükəsizlik baxımdan qaz kəmərlərini yüksək təzyiq altında saxlamaq qaydalara uyğun deyil. Havanın temperaturu dəyişdikcə respublika ərazisində qaz xəttlərində tənzimləmə işləri aparılır. Bu bir neçə gün və yaxud bir neçə saat üçün də ola bilər. Bizim əməkdaşlarımız bu işlərlə yerlərdə məşqul olurlar. Ümumiyyətlə, təbii qazın verilişi ölkə ərazisində tələbata uyğun təmin olunur”.