METBUAT.AZ

Hadisə

Qeyri-etik davranışına görə şagirdi hansı cəza gözləyir?

20 Fevral 2024 09:43

"Hadisənin tam motivlərini bilmədən konkret heç nə demək olmaz . Amma əgər heç bir motivi yoxdursa, baş vermiş hadisə xuliqanlıq sayılır. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət nəzərdə tutan 221-ci maddəsi ilə həmin şagird məsuliyyətə cəlb oluna bilər".

Bu sözləri Metbuat.az-a açıqlamasında vəkil Vüqar Babayev deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Görüntülərlə Dövlət qurumları tərəfindən araşdırma aparılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürüb.

Bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, hüquq-mühafizə orqanlarında iş aparılır: "Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".

Seyranə Quliyeva / Metbuat.az



metbuat.az.