20 Fevral 2024 12:11
“Törədilən əməldən, hüquq mühafizə orqanlarının işindən, məhkəmənin qərarından asılı olaraq yeniyetmənin islah evinə göndərilməsi müzakirə edilə bilər”.
Metbuat.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin IX sinif şagirdi olan qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair məsələ barədə danışarkən deyib.
“Adətən bu məsələdə qanun azyaşlılara qarşı hümanist davranır. Amma qeyd etməliyəm ki, qanunla 16-yaşında cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür”.