12 Fevral 2024 15:18
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölən fələstinlilərin sayı son 10 gündə 1102 nəfər artaraq 28 min 340 nəfərə, yaralıların sayı isə 67 min 984 nəfərə çatıb.
Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada İsrailin Qəzza zolağına 129 gündür hücumları ilə bağlı məlumat verilib.
Bildirilib ki, İsrail qüvvələri son 24 saat ərzində Qəzza zolağında daha 164 fələstinlini öldürüb, 200 nəfəri yaralayıb.
İsrailin Qəzza zolağında oktyabrın 7-dən bəri davam edən hücumlarında həlak olan fələstinlilərin sayının 28 min 340-a, yaralıların sayının isə 67 min 984-ə yüksəldiyi bildirilib.
Açıqlamada İsrail ordusunun son 10 gündə Qəzza zolağına havadan, qurudan və dənizdən həyata keçirdiyi hücumlarda 1102 fələstinlinin şəhid olduğu qeyd edilib.
Həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyidə vurğulanıb.
Seyranə Quliyeva / Metbuat.az