22 Fevral 2024 14:18
Qəzza zolağındakı son vəziyyət açıqlanıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hücumlarda həlak olan fələstinlilərin sayı son 10 gündə 1070 nəfər artıb.
İsrailin hücümları nəticəsində 29 min 410 nəfər həyatını itirib. Yaralıların sayı isə 69 min 465-ə çatıb.
Təxminən 2,3 milyon fələstinlinin yaşadığı bölgədə salamat qalan binaların sayı getdikcə azalır. Qəzzada dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Xəstəxanalar və təhsil ocaqları hədəfə alınmaqla mülki infrastruktur da məhv edilir.
Bildirib ki, Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. .
Seyranə Quliyeva / Metbuat.az