METBUAT.AZ

Gündəm

Qızılcadan necə qorunaq?

19 Fevral 2024 11:19

"Ölkəmizdə qızılca hallarının artması və bunun həm uşaqlar həm də böyüklər arasında davam etməsi məyusedici haldır. Çünki hələdə yoluxma hallarının davam etdiyi bir zamanda ölüm hallarıda qeydə alınır. Xüsusilədə azyaşlı uşaqları qızılca xəstəliyindən itiririk".

Bu sözləri Metbuat.az-a açıqlamasında infeksionist Vasif Əliyev deyib.

Vasif Əliyev bildirib ki, virusun qarşını almaq üçün ilk növbədə gigiyena qaydalarına əməl olunmalıdır.

"Bunun qarşısını almağın yeganə yolu qızılcaya qarşı peyvəndin vaxtında vurulmasıdır. Hazırki, epidomoloji vəziyyəti nəzərə alaraq biz hər qızdırmalı xəstəyə potensial qızılca daşıyıcısı virusu kimi baxmalıyıq. Ona görə bunun qarşısının alınmasının ən effektiv yolu qızılcaya qarşı peyvənd olunmaqdır. Və unutmamalıyıq ki, qızılcaya qarşı peyvənd rutin peyvənd protokolunda yer alıb. Bunu hansıki uşaqlara 1 yaşında və 6 yaşında olmaqla, 2 doza halında vurulur. Hətta böyük insanlarda zamanında peyvənd olunmayıblarsa və xəstəliyi keçirməyiblərsə 2 doza olmaqla qızılca peyvəndini vurdura bilərlər".

İnfeksionist bildirib ki, peyvənd olunmayan insanlar xəstəliyə yoluxuduqda mütləq həkim nəzarətində olmalıdır.

"Bəzən insanlar ev şəraitində müalicə olunur. Hətta müəyyən qıızlcaya qarşı köhnə fikirlərdə mövcuddur. Məsələn: Qırmızı paltar geyinmək, otağı qırmızıya boyatmaq, və yaxud qırzımı pərdə və yataq dəsti istifadə eləmək. Bu kimi fikirlər tamamilə absurddur. Xəstə mütləq həkim nəzarəti altında müalicə almalıdır. Qızılcadan ölüm səbəbləri ən birinci vaxtında aparılmayan peyvənd, ikinci həkim nəzarəti olmadan uşaqların müalicə olunmasıdır".



metbuat.az.