1 Fevral 2024 09:35
Qubada 15 yaşlı məktəbli dəm qazından boğulub.
Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Hacıhüseynli kəndində baş verib. Kənd sakini, 2009-cu il təvəllüdlü Vəlixanova Ayla Zeynal qızı yaşadığı evin hamamında yuyunarkən dəm qazından boğulub. Məktəbli ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.