8 Fevral 2024 16:14
İspaniyanın “Real” klubu yenidənqurmadan sonra “Santyaqo Bernabeu” stadionunda ilk oyununu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”ə qarşı keçirə bilər.
Metbuat.az xəbər verir ki, “Kral klubu” bununla bağlı ərəblərə təklif göndərib. Arenanın 2024-cü ilin sonlarında və ya 2025-ci ilin əvvəllərində istifadəyə verilməsi gözlənilir. Madrid komandasının rəhbərliyi açılış matçında sabiq futbolçusu Kriştianu Ronaldunun şərəfini qoruduğu “Əl-Nəsr” ilə yoxlama görüşü keçirmək istəyindədir.
Qeyd edək ki, Ronaldu 2009-2018-ci illərdə “Real”ın formasını geyinib.