METBUAT.AZ

Ölkə

Rəna Əkbərovaya vəzifə verildi

29 Fevral 2024 19:45

"İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinatlar olub.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun Beynəlxalq və ictimai əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli məlumat verib.

Məlumata görə, Birliyin sədri Xəyyam Əsgərovun müvafiq əmrinə əsasən, Rəna Əkbərova "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyi sədrinin köməkçisi və Təşkilatın rəsmi saytının baş redaktoru vəzifələsinə təyin edilib.

Qeyd edək ki, Rəna Əkbərova bundan əvvəl 1news və president.az saytlarında çalışıb.


metbuat.az.