METBUAT.AZ

Ölkə

Rezidenturanı bitirən 226 həkimə

2 Fevral 2024 14:45

Səhiyyə Nazirliyində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib.

Metbuat.az xəbər verir ki, təyinat Səhiyyə Nazirliyi Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilən “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq nazirliyin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən aparılıb.

Həkim-mütəxəssislərin təyinatı onların ailə vəziyyəti, daimi yaşayış yeri, işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsi, müvəffəqiyyət göstəriciləri (yekun attestasiyanın nəticələri) nəzərə alınmaqla həyata keçirilib.

Təyinat 37 ixtisas, o cümlədən ümumi cərrahiyyə, travmatologiya–ortopediya, mamalıq-ginekologiya və s. üzrə aparılıb. Rezidentura təhsilini bitirənlərin təyinatı və iş yerlərinə göndərişində ümumilikdə 226 həkim-mütəxəssis iştirak edib.

Həkim-mütəxəssislər dövlət tibb müəssisələrində həkim vəzifələri üzrə mövcud vakansiyalardan seçim edərək Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan, habelə Naxçıvan Muxtar Respublikasının tibb müəssisələrinə göndərişlərlə təmin ediliblər.


metbuat.az.