23 Fevral 2024 11:09
"Hələki Qarabağda sülhməramlılarla bağlı hər hansısa bir dəyişiklik gözlənilmir. Bu istiqamətdə yeni situasiya yoxdur. Amma bu çox güman ki, olacaq".
Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, belə bir vəziyyətdə sülhməramlıların statusu ilə bağlı müddət 2025-ci ildə yenidən gündəmə gələcək.
"Hələki, vaxt tamam olmayıb deyə, bu məsələ həm bizim həm də Rusiya üçündə aktual deyil. Rusiyanın Ermənistanda hansısa bir fəaliyyətlə məşğul olması təbii ki, Rusiyanın özünün bölgəyə olan münasibəti, Ermənistandakı hakimiyyətə olan münasibəti ilə bağlıdır. Bu məsələlərdə müəyyən ciddi problemlər ortaya çıxa bilər".
Fazil Mustafa qeyd edib ki, Ermənistanla Rusiyanın münasibətlərinin pisləşməsinin Azərbaycana hansısa mənfi təsirinin olacağı gözlənilmir.
Seyranə Quliyeva / Metbuat.az