METBUAT.AZ

Siyasət

Saakaşvili Prezident İlham Əliyevlə bağlı paylaşım etdi

8 Fevral 2024 23:42

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu haqda o, sosial media hesabında yazıb.

“Düzgün seçim münasibətilə Azərbaycan vətəndaşlarını və Prezident İlham Əliyevi təbrik edirəm. İlham Əliyevin etdiklərini Azərbaycan üçün heç kəs, heç zaman etməyib. O, tarixə qalib İlham kimi düşəcək və onun prezidentlik illəri Azərbaycan tarixində qızıl dövr kimi yazılacaqdır”, - Saakaşvili yazıb


metbuat.az.