METBUAT.AZ

Siyasət

Sabah prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

12 Fevral 2024 11:13

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-də saat 11:00-a təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.


metbuat.az.