7 Fevral 2024 10:27
“Ermənistanın istinad nöqtəsi yoxdur. Həm şimal, həm cənub qonşumuz, eyni zaman da Avropa Ermənistandan təzyiq aləti kimi istifadə ediblər. 30 il öncə Qarabağla bağlı vəziyyətin yaranmasına səbəb də o dövlətlər olub”.
Metbuat.az-ın məlumatına görə bu fikirləri Aztv-nin canlı yayımında politoloq Sahil İsgəndərov deyib.
“Artıq post münaqişə dövrüdür. Azərbaycan dövlətinin mandatını alan şəxs bu məsələləri çözməyə çalışmalı, Ermənistana reallığı qəbul etməlidir”. Hələki yazılı qaydada masa üzərində olan yeganə sənəd 3 tərəfli Bəyannamə olub. Düzdür Rusiya öz tərəfindən üzərinə düşən öhdəlikdən istifadə etsə də, Azərbaycan da bunun qarşılığında öhdəsinə düşəni etdi. Hesab edirəm ki, prezident seçkilərinin nəticəsi Azərbaycana yeni reallıq gətirəcək”.